Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uçot dərəcəsi artırılırsa, ölkəyə xaricdən gətirilən məhsullar bahalaşa bilər 

“Ötən ilin inflyasiyası ilə əlaqədar dünyada mərkəzi banklar tərəfindən uçot dərəcəsinin artırılması siyasəti aparılır. Bu da bahalaşmanın qarşısını almaq üçün atılan addımdır. Bildiyimiz kimi, ABŞ Federal Ehtiyatlar Sistemi də uçot dərəcəsini qaldırıb. Hazırda uçot dərəcəsi 4,5-4,7% civarındadır. Bu rəqəmin gələcəkdə 5-6%-ə qədər artırılması nəzərdə tutulur. Bu isə dolların daha da bahalaşmasına təsir edir. Dünyada gedən bəzi iqtisadi reqressiyalar, dolların bahalaşması bəzi məhsulların qiymətinin artması ilə nəticələnib. Artıq bir sıra ölkələrdə xaricdən gələn məhsulların qiyməti artıb. Bəzi ölkələrdə milli valyutalar dollara nisbətən ucuzlaşıb. Sözsüz ki, Azərbaycan da bu prosesdən kənarda qalmır. Dolayı yolla bizə də təsirləri olacaq”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

O bildirib ki, Azərbaycanda əsasən xaricdən gələn malların bahalaşması müşahidə oluna bilər: “Çünki əsas məhsulların çoxu dollarla əldə edilir. Bununla yanaşı, Azərbaycanda dolların məzənnəsi inzibati üsulla tənzimlənir. Hələ ki üzən məzənnəyə keçməmişik. Manatın məzənnəsi buna uyğun tənzimlənəcək. Bu, aidiyyəti orqanın qərarından asılı olacaq. Biz neft ölkəsiyik. Əsas büdcə gəlirlərimiz neftin qiymətindən və ondan gələn gəlirlərdən formalaşır. Doğrudur, son aylar banklar tərəfindən dollara olan tələbatın artması meyilləri müşahidə olunur. Lakin Mərkəzi Bankın, həm də Neft Fondunun xeyli miqdarda valyuta ehtiyatları var. Bu da bizə təhlükəsizlik yastığı yaratmağa imkan verir. Hazırda bu proses dövlət tərəfindən nəzarətdədir, tənzimlənir. Düşünürəm, birbaşa dolların məzənnəsinin artması, yaxud manatın dəyərdən düşməsi prosesi hələ gözlənilmir. Lakin qeyd etdiyimiz kimi, xaricdən idxal olunan müəyyən məhsulların bahalaşması müşhaidə oluna bilər”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

“Bavariya” 12 ildən sonra ilk dəfə kuboksuz qaldı

Ən çox oxunanalar